!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Mənim heç bir əlaqəm yoxdur" - Elxan Məmmədov istefalardan danışdı

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”nin prezidenti Orxan Hüseynzadə ilə “Sumqayıt”da eyni vəzifəni daşıyan Kamran Quliyev şəxsi istəyi ilə istefa verib.

Yenicag.az bildirir ki, müəmmalı istefalardan sonra bakılıların prezidenti postuna Kamran Quliyevin gətiriləcəyi deyilir.

İddialara görə, bu təyinat AFFA-nın baş katibi Elxan Məmmədovun planıdır. Bu səbəbdən AFFA-nın baş katibi ilə telefon əlaqəsi yaradaraq, məsələyə aydınlıq gətirməsini istədik. Saytımıza açıqlama verən Məmmədov bu istefalarla heç bir əlaqəsi olmadığını bildirdi:

“Kamran Quliyev işsiz deyildi, “Sumqayıt”ın prezidenti vəzifəsini icra edirdi. O, futbol ictimaiyyəti üçün yeni ad da deyil. Kamran müəllim illərdir ki, “Sumqayıt”a rəhbərlik edib. Bu istefalarla mənim heç bir əlaqəm yoxdur. Bununla bağlı nə deyə bilərəm ki? “Neftçi” və “Sumqayıt”ın rəhbərliyi ilə danışsaz, yaxşı olar”.

Emin Səfərov

www.yenicag.az

2253
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv