“Mənim nə o adda qardaşım var, nə də…” – Deputat etiraz edir

Millət vəkili Əsabil Qasımov Səməd Vurğun küçəsində yolun çökməyinə səbəb olan bina tikintisini aparan şirkətlə bağlı yayılan xəbərlərdə adının çəkilməsinə etiraz edir. 

Yenicag.az ilə əlaqə saxlayan deputat mövzu ilə bağlı adının hallandırılmasını doğru hesab etmədiyini bildirib. 

“Mənim nə Vaqif adlı qardaşım var, nə də orada iş görən şirkətlə əlaqəm”, deyə Ə.Qasımov fikrini tamamlayıb. 

Qeyd edək ki, yayılan xəbərlərdə yolun çökməsinə səbəb olan şirkətin Əsabil Qasımovun qardaşına məxsus olduğu bildirilirdi.