!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının iştirakçıları məzun oldu

!Reklam – Yazi

15749884_1321876001202904_1346676846_n“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyası Akademiyasının və  Media Məktəbinin tələbələrini məzun edib. Kampaniyanın icra etdiyi hər iki layihə gənclərin şəxsi inkişafının artırılmasına xidmət edir.

Həmçinin, gələcək iş fəaliyyətlərində lazım olan biliklərin mənimsənilməsi üçün mütəxəssislərlə iştirakçılar arasında fikir mübadiləsi aparılır.

“Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının rəhbəri Rəşad Bayramov qeyd etdi ki, “Biz gənclərimizin inkişafı üçün qeyri-formal təhsilin vacib olduğunu bilirik.

Gənclərimizi öz sahələrinin mütəxəssisləri ilə görüşdürmək bizim fəaliyyətin əsas hissələrindən biridir. Hər bir gəncin təkliflərinin və təşəbbüslərinin yanındayıq. Önəmli olan odur ki, gənclərimizin fikri sağlam və faydalı olsun. Öz fəaliyyətimizlə cəmiyyətə öyrənmək zamanı olduğunu bildiririk.”

Diplomların təqdim edilməsində iştirak edən “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının fikir müəllifi, Demokratik İslahatlar Partiyası sədrinin humanitar məsələlər üzrə müşaviri Rövşən Nəcəfov öz çıxışında deyib:

“Gənclik bizim etdiyimiz seçimlərlə formalaşır. Biz öz seçimlərimizlə uğurun arxasınca getmək yox, uğuru özümüzlə istədiyimiz yerə apara bilərik. Uğur üçün ən böyük vasitə təhsildir. Təhsil insanın özünü tapması üçüni stiqamət verir. Gələcəyimizin istiqaməti təhsilimizə bağlıdır. O təhsilki, onu biz özümüzə veririk. Biz sağlam və faydalı fikirlərimizlə cəmiyyətimizin maariflənməsində fəaliyyət göstərməliyik.”

 

Yenicag.az

www.yenicag.az

2257
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv