Mənşə sertifikatları müvəqqəti olaraq İİTKM-də veriləcək

Sabahdan başlayaraq iyunun 20-nə qədər Azərbaycanda malın mənşə ölkəsini təsdiq edən sertifikatlar İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) təqdim olunacaq.

Yenicag.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, “Formula 1 Azərbaycan Qran Pri” yarışının keçirilməsi ilə əlaqədar Dövlət Xidmətinin yerləşdiyi “Hökumət Evi”ni əhatə edən yollarda hərəkət məhdudlaşdırılacaq. Odur ki, sertifikatlar Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov küçəsi 47 (Hüseyn Cavid parkının yaxınlığında) veriləcək.