!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mənsum İbrahimov: “Ən böyük arzum zəfər bayramımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır”

!Reklam – Yazi

“Ən böyük arzum Ali baş komandanımızın rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızı azad edib, zəfər bayramımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır. Bu arzumun gerçəkləşməsinə çox az vaxt qaldı”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış xanəndə Mənsum İbrahimov yubiley günündə ən böyük arzusunu dilə gətirərkən deyib:

Xanəndə bu gün hər kəsin müzəffər əsgər olduğunu bildirib:

“Bu gün torpaqlarımız işğaldan azad olunur. Həyatımda bundan böyük hədiyyə ola bilməz. Bu gün hər birimiz torpaqlarımız uğrunda vuruşan müzəffər bir əsgərik, hamımızın ürəyi Qarabağda döyünür.

Biz Ali baş komandanımızın ətrafındayıq. Biz öz tarpağımızdayıq, öz tarpaqlarımızı işğaldan azad etmək üçün ordumuz döyüşür. İnşallah ki, tezliklə bütün torpaqlarımız işğaldan azad olunacaq və Qarabağımızda zəfər bayramımızı qeyd edəcəyik.

İnşallah tez bir zamanda yubileyimi Ağdamda, Şuşada edək. Ən böyük arzum, Qarabağda Ali baş komandanımızın rəhbərliyi ilə zəfər bayramımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır”.

Cəvahir

www.yenicag.az

1851
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv