Mənsurə: “Dedi, nəinki açıq-saçıq səhnələrə, heç öpüş səhnəsinə belə çəkilmərəm”

“Kimsə hansısa açıq-saçıq səhnədə çəkilmək istəmirsə, bu, normal haldır”.

Bunu tanınmış aktrisa Mənsurə Əhmədova “Azərbaycanda aktrisalar niyə açıq-saçıq səhnələrə niyə çəkilmək istəmir?” sualını cavablandırarkən Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa fikrini belə əsaslandırıb:

“Kimsə hansısa açıq-saçıq səhnədə çəkilmək istəmirsə, bu, normal haldır. Kimsə istəyir və lazım bilirsə, bunu edə bilər. Məsələn, çox sevdiyim Culiya Robertsin filmoqrafiyasına baxsaq, görərik ki, orada açıq-saçıq, çılpaq səhnələr yoxdur. Müsahibələrinin birində jurnalist ona sual verib ki, niyə siz hər zaman bu cür səhnələrdən imtina edirsiniz? Cavabında demişdi ki, mən sənədli deyil, bədii filmdə çəkilirəm. Türk aktrisası Nəbahət Çehrə isə bir müsahibəsində deyib ki, nəinki açıq-saçıq səhnələrə, heç öpüş səhnəsinə belə çəkilmərəm. Odur ki, bu təkcə Azərbaycanda belə deyil. Deyə bilmərəm ki, heç vaxt bunu etmərəm, ya edərəm. Yaxud da deyə bilmərəm ki, aktyor bunu etməməlidir, ya etməlidir. Hərənin öz seçimi var. Qarşıda məni hansı təkliflərin gözlədiyini bilmirəm, amma hələ ki, açıq-saçıq səhnədə çəkilmək təklifi almamışam. Bir şeyi də deyim ki, tamaşaçılarımızın əksəriyyətinin psixologiyası ekranda açıq-saçıqlığa hələ də hazır deyil. Serialda adi öpüş səhnəsi belə tamaşaçıya qeyri-adi gəlir”.

Cəvahir