Mənzil alanlara vacib TÖVSİYƏ: Bu qaydalara diqqət edilməlidir

“Vətəndaşlar yeni tikili binalardan müqaviləli mənzil yaxud torpaq sahələri alırsa, qeyri-qanuniliyin qurbanına çevrilməməsi üçün, hər hansı bir hüquqşünasa, işinin peşəkarı olan vəkilə müraciət etmələri tövsiyə olunur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında mənzil alışı zamanı diqqət yetirilməsi lazım olan məqamlar haqda danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, mənzil satın alarkən vətəndaşların diqqət yetirməli olduğu nüanslar həddən artıq çoxdur.

“Mənzil satın alarkən vətəndaşların diqqət yetirməli olduğu nüanslar həddən artıq çoxdur. Ən vacib nüans alış zamanı onun sənədləşməsi ilə əlaqədardır. Bəzi insanlar ömründə bir dəfə ev aldığına görə prosedur qaydalarını bilməyə bilər. Ona görə də hər hansı əmlak alarkən mütləq onun sənədlərinin düzgünlüyü yoxlanılmalıdır. Əgər aldığı mənzilin çıxarışı varsa, bunu notarial qaydada yoxlaya bilər. Vətəndaşlar yeni tikili binalardan müqaviləli mənzil yaxud torpaq sahələri alırsa, qeyri-qanuniliyin qurbanına çevrilməməsi üçün hər hansı peşəkar hüquqşünasa, işinin peşəkarı olan vəkilə müraciət etmələri tövsiyə olunur”, – deyə o bildirib.

Mütəxəssis əlavə edib ki, vətəndaşlar həyət evləri alarkən onun bünövrəsinin dərinliyinə, tək, yaxud qoşa daşlı olmasına fikir verməlidir:

“Təmir olunan əmlaklar iki formada – həyət evləri və çoxmənzilli binalardır. Vətəndaşlar həyət evləri alarkən onun bünövrəsinin dərinliyinə, tək yaxud qoşa daşlı olmasına fikir verməlidir. Elektrik naqilləri, sanitar qovşaq ərazisində olan su boruları, kanalizasiya xətlərini vətəndaşlar görməyə bilir. İnsanlar ilk baxışdan mənzilin təmirinə baxdıqda divarların düzlüyü, yaxud görünən tikinti materiallarının keyfiyyəti ilə bağlı məlumat edə bilsələr də, lakin tikintidə istifadə olunan və görünməyən hissələrdə qalan tikinti materialları ilə bağlı hər hansı məlumatın əldə olunması ilə bağlı çətinlik çəkirlər. Yeni tikili binalarda da vətəndaşlar tərəfindən proyekt olaraq yelçəkən, havalandırması olan, qarşısı açıq, yəni, günəş qəbul edən mənzillərə üstünlük verilməsi daha məqsədəuyğun olar”.

İsmayıl Bakuvi

COP29