Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Mənzil alanların əksəriyyəti Azərbaycan mediasının əsgərləridir" - Azər Həsrət

Azərbaycan prezidenti İlham Əliyevin Milli Mətbuat Günü münasibətilə bir qrup jurnalisti mənzillə təmin etməsi hər kəs tərəfindən müsbət qarşılanıb.

Mətbuat şurası idarə heyətinin üzvü, tanınmış jurnalist Azər Həsrət Yenicag.az-a a açıqlama verərək, təəssüratlarını bölüşüb:

“Əlbəttə, sevindirici hadisədir. Azərbaycan dövlətinin, şəxsən Prezidentinin ölkə mediasına və jurnalistlərə qayğısının yüksək səviyyədə bir nümunəsidir. Mənzillə təmin olunanlar arasında xeyli sayda dostlarımı görürəm. Onlar həqiqətən də Azərbaycan mediasının əsgərləridir, zəhmətkeş insanlardır, jurnalistikamıza xidmət ediblər. Onlar bu mənzillərə layiqdirlər. Sizin baş redaktorunuz Aqil Ələsgər başda olmaqla hər kəsi təbrik edirəm. Dostlarımızın bu sevincini görəndə elə düşündüm ki, özüm mənzilsizəm və bu mənzili mənə hədiyyə ediblər. Çünki onların böyük əksəriyyətinin hansı şəraitdə yaşadıqlarını bilirəm və çətinliklərindən xəbərim var. Sağ olsun Prezidentimizi ki, bu çətinliklərin aradan qaldırılması üçün dövlətin imkanlarını bu cür sərf etdi. Hamını təbrik edirəm, xeyirli-uğurlu olsun”.

Cəvahir Səlimqızı

Yenicag.az

www.yenicag.az

435
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM