!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Mənzil bazarında YENİ BAHALAŞMA: “Qiymətlərdə minimum 10 faiz artım olacaq” - VİDEO

!Reklam – Yazi

13:55

“Yeni binalardakı qaz və çıxarışı olan mənzillərin qiymətində 150-200 manat civarında bahalaşma var”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında təkrar mənzil bazarında mövcud vəziyyəti şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, 2016-cı ildə baş tutan pilot layihələr fonunda Bakıda söküntü işlərinin intensivləşməsi mənzillərin qiymətində 20 faizə qədər artıma səbəb olub:

“Bu il köhnə binalarda qiymətlər ötən ilin aprel-may aylarında olduğu kimi sabit qalıb. Ötən əsrin 70-ci illərində tikilən binalarda, xüsusilə, doqquzmərtəbəli binalardaki mənzillərin ipoteka kreditləri ilə satışına icazə verilərsə, qiymətlərdə minumum 10 faiz artım olacaq.

İstismar müddətini bitirmiş beşmərtəbəli binaların qiymətində ucuzlaşma müşahidə olunsa da, alıcılıq qabiliyyəti çox aşağıdır. Yeni tikililərdə qiymətlər ərazi və binalara görə fərqlənir. Belə ki, iymət binanın keyfiyyətlı inşası və müxtəlif xidmət sahələrindən asılı olur. Yeni tikilməkdə olan binalardakı mənzillər isə indikilərlə eyni qiymətə təklif olunur”.

 

Tünzalə Nərimanova

www.yenicag.az

1635
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv