Mənzildən 40 yaşlı kişinin meyiti tapıldı – Bakıda

Bakıda mənzildən meyit tapılıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Quliyev Rasim Nəriman oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.