Mənzildən qadın meyiti tapıldı – Sumqayıtda

Sumqayıt şəhərində axşam saatlarında mənzildə meyit aşkarlanıb.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin 14-cü məhəlləsində qeydə alınıb.

1948-ci il təvəllüdlü Kərimova Həqiqət Əsədulla qızının meyiti tənha yaşadığı mənzilində aşkarlanıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.