Mənzurə: “Bunu çoxdan demək lazım idi”

“Bir çoxlarına efirə çıxmağa kömək etmişəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva deyib.

Sənətçi vaxtilə bir çox tanınmış müğənniləri efirə çıxardığını deyərək qalmaqallı açıqlaması ilə şou-biznes gündəmindəki sükunəti pozub:

“O vaxtlar Sumqayıtda dərnək açmışdım və bir çox müğənnilər ora gəlib-gedirdi. Bir çoxlarına efirə çıxmağa kömək etmişəm. Əməkdar artist Qəzənfər Abbasovu ilk dəfə efirə çıxaran mən olmuşam. Bu yaxınlarda mənə dedi ki, Mənzurə efirdə sənin adını çəkdim. Dedim indi yox e, bunu çoxdan demək lazım idi”.

Sənətçi vaxtilə başının pul qazanmağa qarışdığını, buna görə də bəzi müğənnilər kimi özünə, karyerasına vaxt ayırmadığını bildirib:

“Bu sənətdə sponsor, mənə dayılıq edən adam olmayıb. Nə etmişəmsə, qəpik-qəpik yığıb öz hesabıma etmişəm. Qəpik-qəpik qazanıb, ailəmə, bacıma, qardaşıma kömək etmişəm. Belə şeylərə başım qarışıb, özümü unutmuşam”.

Müğənni bu sözləri “ZaurlaGünaydın” verilişində deyib.

Cəvahir