Mənzurə PEŞMAN OLDU: “Buna görə Leyli ola bilmədim”

“Cavanlığımda çox gözəl qız idim, məni dəfələrlə Leyli roluna dəvət edirdilər, amma mən imtina edirdim. Daha doğrusu, Leylini oynamaqdan vaz keçirdim”.

Bu sözləri Yenicag.az-a açıqlamasında müğənni Mənzurə Musayeva deyib.

Leyli roluna dəvət alan, lakin bundan imtina edən sənətçi çoxlarının xəyalı olan rolda oynamamağının səbəblərini də açıqlayıb:

“O vaxt mənim başım pula qarışmışdı. Toylardan pul qazanırdım. Çünki problemlərim çox idi. Ancaq o problemləri həll etmək üçün düşünürdüm. Buna görə də Leyli ola bilmədim. Hərdən anama deyirəm ki, sən elə məni övladlarının problemi üçün dünyaya gətirmisən. İndikilər çoxbilmişdir, əvvəl sənətdə parlayırlar, sonra toya gedirlər. Qazanc üçün mən toylardan başladım”.

Nehru