Mənzurə: “”Salfetka”ya nömrə yazıb göndərirlər” – VİDEO

Müğənni Mənzurə Musayevaya toy şənliklərində birində “salfetka”ya yazılmış telefon nömrəsi göndərirlər.

Yenicag.az xəbər verir ki, sənətçi bunu özü etiraf edib:

“O qədər “salfetka”ya yazılmış telefon nömrələri göndəriblər ki, elə orda da cırıb atmışam. Mən o adama üz verməsəm, qapıma gəlməz. Heç gül də göndərməz”.

Müğənni ona bölgələrdən hədiyyələr göndərildiyini də etiraf edib.

Xəzər TV-nin “Hər şey daxil” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru