Rusiyanın Yekaterinburq şəhərində “Meqapolis” ticarət mərkəzlərinin birində tüstülənmə olub.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, hadisə ilə əlaqdar təxminən 1000 nəfər təxliyyə olunub.
Tüstülənmə səbəbindən güclü yanğının olması ehtimal edilib. Buna görə də, yanğının qarşısının alınması üçün hadisə yerinə 14 yanğınsöndürmə texnikası və 48 nəfər cəlb edilib.
Xəsarət alanların olmadığı bildirilib.