Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada baş vermiş dəhşətli terror hadisəsi ilə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, bloger instaqramda yerləşdirdiyi paylaşımda bunları yazıb:
“Terrorçuların milləti yoxdur. Qatillərin dini yoxdur. Ailələrə səbr. Təxribatlara aldanmayın və bir yerdə qalın. Rusiya xalqının birliyini heç kim poza bilməz. Məqsəd Rusiyada çaxnaşma yaratmaq idi. Rusiya çoxmillətli dövlətdir və gücü böyükdür. Səbəbkarlar bütün millətdən ola bilərlər. Taciklər isə yaxşı insanlardır. Mənim də tacik dostlarım var. Prezidentimiz dediyi kimi, səbəbkarlar cəzalandırılacaqlar”.
Qeyd edək ki, terror aktı nəticəsində 137 nəfər həlak olub, 180 nəfər xəsarət alıb.