!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ermənistan törətdiyi təxribata görə peşman olacaq” - Əli Əhmədov

!Reklam – Yazi

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov Milli Məclisin ötən gün keçirilən iclasında səslənləndirilən Xocalı muzeyinin yaradılması, eləcə də Şəhidlər Xiyabanında bu soyqırımla əlaqəli abidənin qoyulması təklifinə münasibət bildirib.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, Xocalı soyqırımı və bu qətliamın tarixi yaddaşımıza çevrilməsi, bütün dünyada təbliğ olunması istiqamətində səsləndirilən bütün təkliflərə müsbət yanaşmaq olar: “Eyni zamanda, parlament tərəfindən qaldırılan bu məsələlərə müsbət yanaşmaq olar. Məqsədimiz ondan ibarətdir ki, Xocalı unudulmasın. Təbii ki, unudulmur.

Amma söhbət təkcə bunu unutmamaqdan getmir. Söhbət həm də ondan getməlidir ki, biz Xocalı faciəsini törədənlərin haqqında cinayət işinin qaldırılması, onların törətdikləri qətliama cavab verməsinə nail olmalıyıq. Bütün dünya və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Təbliğat işləri də aparılmalıdır. Lakin bununla yanaşı, bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırım olaraq tanısınlar. Təbii ki, bu soyqırım qurbanlarının qətlinə, qanına bayis olan insanlar öz layiqli cavablarını alsınlar”.

***

Cəbhədə belə bir təxribatın məhz Xocalı soyqırımının 25-ci ildönümü ərəfəsində törədilməsi ermənilərin təxribatçı xislətindən xəbər verir.

Bunu jurnalistlərə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov ötən gündən başlayaraq ermənilər tərəfindən cəbhədə yenidən təxribatların törədilməsinə münasibət bildirərkən deyib.

Ə.Əhmədovun sözlərinə görə, Ermənistanın müxtəlif bəhanələrlə tez-tez təxribatlar törətməsi yenilik deyil: “Təəssüf hissi ilə qeyd edirəm ki, erməni tərəfi təxribatlar törətmək vərdişindən əl çəkməyib. Görünür, heç əl çəkmək də istəmir. Bu günə qədər ermənilər təxribatlar vasitəsilə aranı qarışdıraraq öz niyyətlərinə çatmağa cəhdlər göstəriblər”.

Baş nazirin müavini bildirib ki, ermənilər törətdikləri təxribata görə peşman olacaqlar: “Qəti inanıram ki, Azərbaycan Ordusu, qəhrəman əsgərləri həmişə olduğu kimi, bu dəfə də erməni təxribatına layiqli cavab verəcəklər. Ermənilər də itkilər verərək törətdikləri təxribata görə peşman olacaqlar. Azərbaycan Ordusu kifayət qədər güclü və qətiyyətlidir, döyüş qabiliyyəti yüksəkdir. Ordumuz nəinki hansısa bir təxribatlara, eləcə də daha geniş miqyaslı döyüşlərə və bu döyüşlərdən çıxmağa hazırdır”.
Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər. Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.
Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir. Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir.

Yeniçağ.az

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv