“Məqsədimiz ticarət əlaqələrimizi inkişaf etdirməkdir” – Nail Olpak

Nail Olpak Azərbaycandan bəhs edib.

Türkiyə iş dünyasının ən böyük qeyri-hökumət təşkilatı olan Müstəqil Sənayeçi və Sahibkarlar Dərnəyinin (MÜSİAD) sədri Nail Olpak Yeniçağ.az-a danışıb:

“Azərbaycanla Türkiyənin qardaşlığı-dostluğu barədə deyiləcək heç bir şey yoxdur, bunu hamımız bilirik. Ticarət əlaqələrimizi daha da artırmaq üçün səy göstəririk. MÜSİAD olaraq, Azərbaycanda şöbə açmaq üçün icazə almışıq. Son tamamlanma işləri həyata keçirilir. Qarşıdakı günlərdə o açılışı da həyata keçirtsək, düşünürəm ki, ticarət əlaqələrinin artmasına az da olsa dəstək verərik”.

Yeniçağ.az-ın “Türk iş dünyasının ən böyük qeyri-hökumət təşkilatı olaraq Türkiyə ilə Azərbaycan arasında azad ticarət bölgələrinin qurulması və gömrüksüz ticarət həyata keçirtmək üçün təklifləriniz olacaqmı?” sualını Olpak özünəməxsus şəkildə cavablandırıb:

“Olacaq. Amma düşünürəm ki, oradakı şöbəmiz fəaliyyətə başlasa, bu şöbə vasitəsilə təkliflər alsaq, daha doğru olar”.

Yeniçağ.az