Mer fəvvarədə çimdi-Foto

100764Kiyev meri Vitali Kliçko şəhərin mərkəzində fəvvarədə çimib.

“Poçt” meydanının açılışında iştirak edən Vitali Kliçko daha sonra uşaqlara qoşularaq, mərkəzdə yerləşən fəvvarədə çimib. Həmin meydan Kiyev sakinlərinin istirahəti üçün nəzərdə tutulub.

“Yaxın vaxtlarda burada kafelər və digər infrastruktur obyektləri də işləyəcək. Əminəm ki, bu ərazi piyadalar üçün ən sevimli məkanlardan biri olacaq. İstənilən adam burada uşaqları və dostları ilə rahat gəzə və əylənə bilər. Meydanda çox gözəl atmosfer və sərinləşdirici fontan var”, – deyə Kliçko deyib.

Şəhər meri, həmçinin, əlavə edib ki, kompleksin tam açılışı gələn ilin yazında olacaq. Kompleksdə yeni muzeyin açılışı da nəzərdə tutulur. Orada ziyarətçilər qazıntılar zamanı tapılmış 11-ci əsrə aid olan qədim abidələri də görə biləcəklər(ans).