İtaliyanın San-Byaco-Platani şəhərinin meri Santo Sabella həbs olunub.
Yenicag.az xəbər verir ki, yerli polis Siciliya mafiozlarına qarşı aparılan əməliyyat çərçivəsində saxlanılıb. Bütövlükdə 56 nəfər saxlanılıb ki, onların arasında Sabella da var.
Məlumata görə, həbs olunanlar mafiya qruplarının yaradılmasında, fırıldaqçılıqda, narkotik maddələrin ticarətində, eləcə də qanunsuz yollarla pul mənimsəməkdə ittiham edilirlər.