Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mer istefa verdi

,lkUkraynada Slavyansk şəhərinin meri Nelya Ştepa istefa verib.

İstefa özünü şəhərinin “xalq meri” adlandıran Vyaçeslav Ponomaryovun təzyiqi ilə əlaqələndirilir.

Donetsk vilayətinin dövlət administrasiyası tərəfindən yayılan məlumatda Slavyanskda vəziyyətin mürəkkəbləşdiyi bildirilir.

“Separatçı hərəkatın lideri V.Ponomaryov şəhər rəhbərliyinə hədə-qorxu gəlməkdə davam edir. Onun sərəncamlarını yerinə yetirmədikdə isə müharibə vaxtı qanunlarına uyğun hərəkət edəcəyi ilə təhdid edir.

Bu səbəbdən bu gün şəhər sovetinin iclasında deputatlar yekdilliklə Nelya Ştepanın istefasının lehinə səs veriblər”, – sənəddə deyilir(apa).

www.yenicag.az

168