Mer ömürlük azadlıqdan məhrum edildi

482werftMahaçqalanın keçmiş meri Səid Əmirov terrorizmə görə ömürlük həbs cəzasına məhkum edilib.

Bu barədə TASS agentliyi məlumat verib.

Qeyd edək ki, bu Əmirov barədə ilk hökm deyil. Belə ki, keçmiş mer siyasi rəqibinin olduğu təyyarəni raketlə vurmaqda da ittiham edilib. Məhkəmə tərəfindən günahı sübuta yetirilən Əmirov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Səid Əmirov 15 il Mahaçqala meri vəzifəsini daşıyıb. Bu müddət ərzində təxminən 15 dəfə onun həyatına sui-qəsd təşkil edilib. Sui-qəsdlərdən birində keçmiş merin onurğa sütunu zədələnib və o ömürlük əlil arabasına məhkum olub.

Əmirov 2013-cü il iyunun 1-də həbs edilərək Mahaçqaladan Moskvaya göndərilib.