Mərakeş DÇ-2018-ə vəsiqə qazandı, azarkeşləri Brüsseldə avtomobilləri yandırdılar – VİDEO

Futbol üzrə Mərakeş yığmasının 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmasını bu komandanın azarkeşləri Belçikanın paytaxtı Brüsseldə xüsusi qeyd ediblər.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, onlar bu əlamətdar uğuru bayram edərkən hətta şəhərdə iğtişaşlar da törədiblər. Xuliqanlar bu məqsədlə küçədə bir neçə avtomobili yandırıblar. Bundan əlavə, onlar şəhər mərkəzində bir neçə müasir incəsənət abidəsini dağıdıblar.

Polis azarkeşlərə qarşı su şırnağından istifadə etmək məcburiyyətində qalıb.