Mərakeş koronavirus pandemiyası fonunda fövqəladə vəziyyət rejiminə keçir.
Yenicag.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Krallığın Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Koronavirusun yayılmasına qarşı nəzarət tədbiri kimi fövqəladə vəziyyət rejimi elan olunur, ölkə daxilində hərəkətə məhdudiyyət qoyulur, cümə günü saat 18:00-dan (Bakı vaxtı ilə saat 21:00 – red.) başlayaraq və növbəti bildirişə qədər”, – açıqlamada deyilir.
Nazirlik qeyd edib ki, yeni qaydalara əsasən, yaşayış yerlərini yalnız fövqəladə vəziyyət vaxtında da fəaliyyət göstərəcək müəssisələrdə işləyənlərə və iş yerində olmaları zəruri olan şəxslər icazə əsasında tərk edə biləcək. Sakinlərə evlərinin yaxınlığındakı ərzaq mağazaları və apteklərə getmək icazə verilir.
Qeyd edək ki, Mərakeşdə 63 koronavirusa yoluxma faktı qeydə alınıb, onlardan 2-si dünyasını dəyişib.