Mərakeş və İran arasında diplomatik əlaqələr dayandırılıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeş əlaqələrin kəsilməsinə səbəb kimi Hizbullahın Polisario təşkilatına silah və maliyyə dəstəyini göstərib. XİN-in müvafiq açıqlamasından sonra ölkənin İrandakı səfiri geri çağırılıb.
Qeyd edək ki, Polisario Cəbhəsi 1991-ci il BMT vasitəçiliyi ilə əldə olunmuş atəşkəs müqaviləsinə qədər Mərakeşin təhlükəsizlik qüvvələrinə qarşı silahlı hücumlar təşkil edirdi. Son dövrlərdə onların yenidən aktivləşdiyi bildirilir.