Mərakeşdə yenidən zəlzələ oldu

Mərakeş yenidən silkələnib.

Yenicag.az xəbər verir ki, ölkədə bu dəfə 4,8 bal gücündə zəlzələ baş verib.

Mərakeş Geologiya İnstitutunun yaydığı məlumatda bildirilir ki, bu dəfə hər hansı bir dağıntı və tələfat barədə dəqiq məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə baş verən zəlzələ nəticəsində bu saata kimi 2 min 946 nəfərin öldüyü, 5 min 674 şəxsin isə yaralı olduğu barədə məlumat var.