Meral Akşenerin FETÖ mənsubluğu araşdırılır – Vəkilindən cavab

İYİ Partiya sədri Meral Akşener haqqında FETÖ üzvlüyü ittihamı ilə araşdırma başladılıb.

Yenicag.az xəbər verir ki, iddianı Ankara Baş prokurorluğu qaldırıb.

İYİ partiya mənsubu vəkil Həsən Seymən sözügedən cinayət işi ilə bağlı Akşenerin ifadəsinin alınmadığnı bildirib.

“Müvəkkilim, İYİ partiya sədri Meral Akşener haqqında 2016-ci ildə FETÖ üzvlüyü ilə bağlı araşdırma başladılıb. Əsassız iddialarla açılan bir araşdırmadır. Onsuzda cinayət işinin açılmasından bu yana heç bir dəlil sübut əldə edilməyib” – deyə, vəkil əlavə edib.