“Mercedes” 900-dən çox avtomobili geri çağırdı

“Mercedes-Benz” şirkəti Rusiyada 900-dən çox avtomobilini geri çağırıb.

Yenicag.az xəbər verir ki, qərar kondisionerlərin drenaj şlanqlarında qeydə alınan qüsurlarla əlaqədardır.

Məlumatda qeyd olunur ki, drenaj şlanqları düzgün quraşdırılmaya bilər bilər.

Qeyd edək ki, geri çağırılma 2018-2019-cu illərdə satılmış avtomobillərə şamil olunur.

Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.

Xatırladaq ki, bundan öncə isə “Mercedes-Benz RUS” şirkəti Rusiyada 21 avtomobili geri çağırmışdı.