“Mercedes” aşdı, sürücü öldü, 3 nəfər xəsarət aldı – Saatlıda

Saatlı rayonunun Əlisoltanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq aşıb.

Yenicag.az APA-ya istinadla xəbər verir ki, avtomobilin sürücüsü 1984-cü il təvəllüdlü Hüseynov Zabit Eldar oğlu hadisə yerində həyatını itirib.

Qəza nəticəsində xəsarət alan 3 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır.