!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Mercedes-Benz” 141 ədəd avtomobilini geri çağırır - SƏBƏB

!Reklam – Yazi

Almaniyanın məşhur avtomobil istehsalçısı “Mercedes-Benz” Çin bazarında satdığı 141 ədəd AMG S65L və AMG S63L 4MATIC+ modellərini çoxfunksiyalı kameralarının proqram təminatındakı qüsurlara görə geri çağırır.

Yenicag.az xəbər verir ki, bu barədə Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyası məlumat yayıb. Geri çağırılan avtomobillər 2017-ci ilin iyunundan 2018-ci ilin fevralınadək müddətdə istehsal olunan nəqliyyat vasitələridir.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin qüsurlar avtomobillər saatda 105 kilometrdən yuxarı sürətlə hərəkət edərkən toqquşmadan mühafizə sistemini zəiflədə, bununla da təhlükə risklərini artıra bilər.

“Mercedes-Benz” şirkəti qüsurları öz hesabına aradan qaldıracaq.

www.yenicag.az

2751
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv