“Mercedes-Benz” minlərlə avtomobilini geri çağıracaq

“Mercedes-Benz” şirkəti 116 min GLE və GLS avtomobilini təmir üçün geri çağıracaq.

Məlumata görə, belə maşınlarda yerləndirmə (elektrik cərəyanını yerə ötürmə) kabeli düzgün quraşdırılmayıb. Bu texniki qüsur qısaqapanmaya səbəb ola bilər ki, yekunda yanğın riski artır.

Dilerlər yerləndirmə kabelini yoxlayacaq və onu düzgün quraşdıracaqlar.

Mənbə: Gazeta.ru

COP29