Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Mercedes” “KamAZ”a çırpılıb: Ölən və yaralananlar var

Xızıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

DİN-nin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, noyabrın 19-da saat 22 radələrində Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində Siyəzən rayon sakini Şamil Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Vüqar Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub. Nəticədə Ş.Ələkbərov və sərnişinlərindən İsmayıllı rayon sakini Leyla Mustafazadə hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

www.yenicag.az

6113
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM