“Mercedes” külə döndü

Sumqayıtda “Mercedes” yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobil təmiri sexinin ərazisində təmirə dayanan “Mercedes” markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.