Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yenicag.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 4-də saat 10:00 radələrində Yasamal rayonunun Yeni Yasamal yaşayış sahəsində Qazax rayon sakini Mikayıl Qaragözov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Ucar rayon sakini Nicat Abışovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.