Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Mercedes” vurdu, “Porsche” üzərindən keçdi - Bakıda dəhşətli qəza - VİDEO

Sabunçuda piyadanın ölümü ilə nəticələnən qol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Aeroport yolunda qeydə alınıb. “Mercedes Sprinter” markalı mikroavtobus yolu keçmək istəyən piyadanı güzgüsü ilə vurub yerə yıxıb. Bu zaman Türkiyə vətəndaşının icarəyə götürərək idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yerə yıxılan piyadanın üstündən keçib. Orta yaşlarında olan kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.

Meyid müayinə olunması üçün ekspertizaya aparılıb. Hər iki avtomobilin sürücüsü ifadəsi alınması üçün Polis İdarəsinə aparılıb.

Sürücü qəzanı belə danışır: https://www.facebook.com/yenicagaztv/videos/464450117251026/

Qeyd edək ki, hadisə daha bir qəzanın baş verməsinə səbəb olub. Belə ki, hadisə görərək sürətini azaldan “Jeep Wrangler” markalı avtomobilə arxadan “Toyota Camry” markalı avtomobili çırpılıb. Bu qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

688
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM