Mərdəkan çimərliyində bədbəxt hadisə – 3 yaşlı uşağı maşın vurub, öldürdü

Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, iyulun 25-də saat 17 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsinin dəniz çimərliyində Bakı şəhər sakini G.Müslümova “KİA” markalı avtomobili arxaya hərəkət etdirərkən paytaxt sakini – 3 yaşlı Əliağa Mustafayevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb.