Mərdəkanda ağır qəza – Ölən var

Mərdəkanda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avqustun 30-da saat 1 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə sərnişini olan paytaxt sakini İsmayıl Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.