Mərdəkanda ölümlə nəticələnən qəza baş verib

7ded5114b7008Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonu Mərdəkan-Buzovna avtomobil yolunun 6-cı km-də “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı işıq dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Xüsusi Riskli Xilasetmə Xidmətinin Qüvvələri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1963-cü il təvəllüdlü Aslanov Elman Yaqub oğlunun cəsədini çıxarıb.

Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 13:46-da başa çatıb.