“Aftandillə illərboyu dostluq etmişik. Həddən artıq paxıllığını çəkən insanlar var idi. Amma o, paxıl insanlara ifaçı ilə cavab verirdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri Xalq artisti Sadıq Zərbəliyev “O üz” verilişində mərhum qarmon ifaçısı Aftandil İsrafilov barədə danışarkən deyib.
Sənət dostu mərhum sənətkarla bağlı bir xatirəsini bölüşüb:
“Amerikada konsert verirdik. Cənubi Azərbaycandan çox sayda pərəstişkarlar məhz onun üçün konsertə gəlmişdi. Anşlaq idi, tamaşaçı əlindən zal “partlayırdı”. Bir cənublu soydaşımız gəlib onun qarmonuna baxdı. Gördü, qızılla bəzədilib. Dedi, o qızılları sök, mən onun yerinə sənə dollarlar verəcəm. Aftandil dedi, sən bütün Amerikanı versən belə, mən bunu etmərəm. O, sənətinə çox bağlı insan idi”.
Xalq artisti uzun illər dostluq etdiyi sənət dostu ilə aralarında yaşanan küsülülükdən də danışıb:
“Aramızı vurmağa çalışırdılar. Hər vəchlə bizi bir-birimizə qarşı qoymaq istəyirdilər, buna nail də oldular. Özləri bilər, Allahları bilər. Amma Aftandil dünyadan köçəndə ən çox ağlayan mən oldum”.
Nehru