Tanınmış aparıcı İlham Mirzəyev 9 ildən sonra ilk dəfə illər öncə çalışdığı telekanalın efirinə çıxıb.
Yenicag.az xəbər verir ki, o, bir çox məşhurlarla bağlı heç yerdə olmayan gizlin görüntülərin olduğunu bildirib.
Daha sonra mərhum Xalq artisti, tanınmış aktrisa Ofeliya Aslanla bağlı heç yerdə demədiyi sirri açıqlayıb:
“Ofeliya Aslandan müsahibə götürdüm. O müsahibədən bir hissəni efirə vermədim, arxivimdə saxlayıram. Danışıram, tüklərim biz-biz oldu.
Ofeliya xanıma sual verdim ki, ən böyük arzunuz nədir? Dedi, heç bir ana istəməz ki, balası ölsün. Amma mən istəyirəm, oğlum məndən tez ölsün, çünki o ölsə, meyidi morqda qalacaq, dəfn edəni olmayacaq. Dedi, heç olmasa, cənazəsinin üstündə ağlayım, özüm dəfn edim, o mənsiz küçələrdə avara qalacaq. Bu, Ofeliya Aslanın son arzusu idi. Çata bilmədi”.
İ.Mirzəyev bu barədə “Space”nin “Gül kimi şou” verilişində danışıb.
Nehru