Mərhum xalq artistinin bağ evində QARƏT – Xanımından AÇIQLAMA

“Bu barədə hələ ki, heç nə demək istəmirəm. Fikrimi toplayıb danışacam. Hələ ki, gizlədirəm”.

Aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bunu Yenicag.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin Novxanıda yerləşən bağ evindən şəxsi əşyalarının oğurlanması ilə bağlı xəbərə münasibət bildirərkən belə deyib.

Rəhimə Nuriyeva Yaşar Nurinin Ev muzeyi olmadığını da bildirib:

“Birincisi, Yaşar Nurinin Ev muzeyi yoxdur. Onun əşyalarını və fotolarını bağ evində drellə deşib divara vurmuşam. O bağ evi də hazır deyil. Yaşar xəstələndi, yatağa düşdü, tikə bilmədik. Niyə yalandan yazırlar ki, Ev muzeyi. Ev muzeyi dövlət tərəfindən yaradılır və işçiləri də olur. Hələ bir dəfə də olsun Mədəniyyət Nazirliyi bizimlə maraqlanmayıb”.

Cəvahir

Loading...