Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Mərhum xalq artistinin nəvəsi: “Babam yox oldu” - VİDEO

Mərhum xalq artisti, dahi bəstəkar Arif Məlikovla bağlı maraqlı fakt açıqlanıb.

Yenicag.az xəbər verir ki, sənətkarın ailə üzvləri onunla bağlı xatirələrini bölüşüb:

“Axır illərdə babam bir çox xəstəliklərdən əziyyət çəkirdi. Ümumiyyətlə, xəstəliklər onu çox zəiflətmişdi. Deyirdi ki, həftədə 2 dəfə dərsim var, mütləq dərslərdə iştirak etməliyəm. Bəlkə, tək-tük hallarda dərslərə gedə bilməyəndə özünü çox qınayırdı. Yavaş-yavaş zəifləməyə başladı və bir gün babam yox oldu. Görəndə ki, babam fəxri xiyabanda dəfn olunub. Öz-özümə deyirəm ki, dünya şöhrətli bəstəkar Arif Məlikov dünyasını dəyişib. Heç bir söz onu bizə qaytarmayacaq. Baba, mən doğrudan da çox xoşbəxtəm ki, sən mənim həyatımda var idin. Hiss edirəm ki, sənin ruhun mənim içimdədir”.

ARB TV-nin “Bu qədər” verilişindən olan görüntüləri təqdim edirik.

Nehru

www.yenicag.az

530