Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Qarabağ FC

Mərhum Xalq artistinin SON ARZUSU - Xanımı açıqladı

“Yarımçıq qalmış arzularını həyata keçirmək üçün sağalmaq istəyirdi, əcəl aman vermədi”.

Bunu vəfatından 40 gün ötən mərhum rejissor, Xalq artisti Ağakişi Kazımovla bağlı xatirələrini bölüşən həyat yoldaşı, tanınmış aktrisa, Əməkdar artist Mehriban Abdullayeva Yenicag.az-a açıqlamasında deyib.

O, A.Kazımovun son arzusunu dilə gətirib:

“Xəstə idi və ömrünün son iki ilini ancaq sağalması üçün çaba göstərirdi. Yarımçıq qalmış arzularının həyata keçməsi üçün sağalmaq istəyirdi. Teatrda tamaşa hazırlamaq onun ən böyük arzusu idi. Neçə dəfə eşidirdim ki, yuxuda məşq edir, kimisə çağırırdı. Ayılanda deyirdim, sən, deyəsən, yenə teatrdaydın. Deyirdi, hə, eşitdin sən də? Deyirdi, bircə ayaqlarım düzəlsəydi, tamaşalar qoyardım, arzularımın hamısını yerinə yetirərdim. Teatrdan, universitetdən ayrılmağı ona çox təsir etdi. Elə ondan sonra səhhəti pisləşməyə başladı. Üzdə bildirməsə də, daima xiffət edirdi, çünki onun ürəyi sənətlə döyünürdü”.

Mehriban Abdullayeva onu da bildirib ki, Gənc Tamaşaçılar Teatrının kollektivi rejissorun anım günündə onun məzarını ziyarət edib.

Cəvahir

www.yenicag.az

559
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100