!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Merkel Azərbaycanın ərazi bütövlüyünü tanımır? - Kanslerin Tiflis bəyanatına şərh

!Reklam – Yazi

“Avropa dövlətlərinin bu yanaşmasının əsası 1996-cı ildə keçirilmiş ATƏT-in Lissabon sammitində qoyulub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Cənubi Qafqaz ölkələrinə səfərə çıxan Almaniya kansleri Angela Merkelin Tiflisdə Gürcüstan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatında Azərbaycanın adını çəkməməsinə münasibət bildirən politoloq Zərdüşt Əlizadə deyib.

Zərdüşt Əlizadənin sözlərinə görə, 1996-cı ildə baş tutan ATƏT-in Lissabon sammitində qəbul edilən sənəd Avropa liderlərinə Qarabağ münaqişəsinə manipulyasiya etmək imkanı qazandırıb:
“Yadınıza salım ki, ATƏT-in bütün sənədlərində Moldova, Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü məsələsində bir cümlə yer alırdı. Lissabon sammiti zamanı isə Ermənistanın o zamankı prezidenti Levon Ter-Petrosyan bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü cümləsi qeyd edilən bəyannaməyə imza atmayacaq.

Avropa ölkələri onu nə qədər dilə tutsalar da, imza atmadı. Belə olanda ABŞ-ın vitse-prezidenti Al Qor və Rusiyanın baş naziri Viktor Çernomırdın məsələni Azərbaycanla müzakirə etdilər. Nəticədə ATƏT-in sənədlərində Moldova və Gürcüstanın ərazi bütövlüyü məsələsi qeyd edilsə də, Azərbaycanın adı oradan çıxarıldı.

Əvəzində həmin dövrdə ATƏT-in prezidenti funksiyasını icra edən İsveçrənin prezidenti tərəfindən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bir bəyanat səsləndi. Hansı ki, həmin bəyanatın hüquqi qüvvəsi sıfıra bərabərdir. Həmin andan başlayaraq ATƏT-in bütün sənədlərində Moldova, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi siyasi hədəf olaraq Avropa dövlətlərinin qarşısında dursa da, Azərbaycanın ərazi bütövlüyü məsələsi bu prosesdən kənarda qaldı.

Belə olan halda Avropa dövlətlərinin başçıları Azərbaycanın ərazi bütövlüyünü tanımamaqla bağlı bəhanə tapdılar. Bu səbəbdən də Qərb Dağlıq Qarabağ probleminə yanaşmada onun mübahisəli məsələ olduğunu və ilk öncə Ermənistanla Azərbaycanın öz aralarında həll etməsi gərəkdiyini bildirir. Həmçinin münaqişə tərəfləri hansı qərara gəlsələr, Avropa ölkələrinin də onu qəbul edəcəyini bəyan edirlər.

Rusiya isə hər iki dövləti öz təsirində saxlamaq üçün münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlıdır”.

ELÇİN

www.yenicag.az

3536
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv