!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Merkel, Makron və Putin bir araya gəldilər - VİDEO

!Reklam – Yazi

Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Valdimir Putin arasınsa görüşü keçirildi.

Yenicag.az Rusiya KİV-inə istinadən xəbər verir ki, görüş Hamburqda Böyük iyirmilər “G-20” sammiti çərçivəsində bu gün “Atlantik” oteldə keçirildi.

Səhər yeməyi zaman baş tutan görüşdə liderlər beynəlxalq aləmdəki vəziyyəti müzakirə ediblər.

Həmçinin Putin, Makron və Merkelin danışıqlarının əsas məsələsi Ukraynanın şərqindəki problemlər olub. Alman tərəfi Donbasda atəşkəs rejiminin qorunmasının vacibliyini bildiriblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Minsk razılaşmalarının tormozlanması ilə bağlı təəssüfünü bildirib. Lakin o, liderlərin bu məsələ ətrafında işləmək üçün niyyətinin olduğunu bildirib.

Putin, Makron və Merkel yaxın zamanlarda Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə “norman formatında” telefon görüşü keçirməyə razılıq veriblər.

Xatırladaq ki, Ukraynada baş verən hadisələr dünən ABŞ və Rusiya prezidentlərinin Hamburqda iki saatdan çox çəkən görüşünün gedişində də müzakirə edilib. Dövlət başçıları yaranmış vəziyyətin həlli üçün Vaşinqton və Moskvanın nümayəndələri arasında ikitərəfli kanal yaratmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, Ukrayna böhranı müxtəlif formatlarda, əsasən də Rusiya, Almaniya, Fransa və Ukraynanın iştirakı ilə “Normandiya dördlüyü” formatında keçirilən danışıqlarında müzakirə olunur.

Yenicag.az

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv