Merkel Putini razı saldı: 4 ölkə birgə görüş keçirəcək

G20 sammiti üçün Argentinada toplanan Rusiya prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkelin səhər yeməyində nə barədə danışdığı mətbuata bildirilib.

Yenicag.az xəbər verir ki, liderlər Kerç boğazında yaşanan hadisə və Suriya ətrafında fikir mübadiləsi aparıb.

Məlumata əsasən, Angela Merkelin Putini Kerç boğazında yaşanan böhranı aradan qaldırmaq üçün 4 ölkənin – Almaniya, Fransa, Ukrayna və Rusiyanın diplomatik missiyalar səviyyəsində görüş keçirmək üçün razı salıb.

Eyni zamanda, hər iki lider istanbul zirvəsi zamanı qəbul edilən qərarların icrasına sadiq qalacaq.

COP29