“Merkel və Olland beynəlxalq ictimaiyyəti aldadıblar” – Volodin

Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkel Minsk razılaşmalarına əməl etməyərək Kiyevə Donbasa qarşı hərbi əməliyyatlara hazırlaşmaq imkanı veriblər və bununla da Ukraynadakı münaqişənin səbəbkarlarına çevriliblər.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.

O qeyd edib ki, Merkel və Ollandı “Minsk razılaşmalarını sabotaj etməklə” və onlardan “Kiyev rejimini hərbiləşdirmək üçün” istifadə etməklə beynəlxalq ictimaiyyəti aldadıblar.

“Məhz Merkel və Olland Minsk razılaşmalarını sabotaj edərək dünya birliyinin başa düşdüyü kimi Ukraynadakı münaqişənin səbəbkarına çevriliblər”.

Bundan əvvəl Merkel “Die Zeit” qəzetinə müsahibəsində Minsk razılaşmalarının “Ukraynaya vaxt vermək cəhdi” olduğunu bildirmişdi. Rusiya prezidenti Vladimir Putin Almaniyanın keçmiş kanslerinin  bu açıqlamalarını gözlənilməz və məyusedici adlandırıb.

Рейтинг@Mail.ru Яндекс.Метрика