G-20 Zirvəsi üçün Argentinaya yola düşən Almaniya kansleri Merkelin təyyarəsi təcili eniş edib. Yenicag.az “Bild” qəzetinə istinadən bildirir ki, alman liderini Buenos Ayresə aparan təyyarə təcili olaraq, Köln hava limanına enib.
Merkelin təyyarəsinin “bəzi elektronik sistem xətaları”na görə, Argentinaya getmədiyi bildirilib. 15 saat uçması planlaşdırılan təyyarə daha sonra yola düşüb.