Mərkəzi Asiyanın ən hündür binası bu ölkədə tikiləcək

Daşkənddə Mərkəzi Asiyanın ən hündür göydələni tikiləcək.

Yenicag.az xəbər verir ki, ölkənin paytaxtında tikintisi davam edən “Tashkent City” beynəlxalq işgüzar mərkəzin ərazisində inşa ediləcək binanın hündürlüyü 215 metr olacaq. Əlli mərtəbəli göydələni Türkiyənin “Özgüven” şirkəti layihələndirir. Layihənin qiyməti 150 milyon dollardır.

Hazırda Mərkəzi Asiyanın ən hündür binası Nur-Sultan şəhərindədir. Həmin binanın hündürlüyü 201 metrdir./virtualaz.org/

COP29