Dekabrın 13-də Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Yenicag.az xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7430 məzənnəsi ilə başlayıb və 1,7475 məzənnəsi ilə yekunlaşıb.
Qeyd edək ki, AMB ABŞ-ın milli valyutasının bu günə olan məzənnəsini 1,7430 manat səviyyəsində müəyyən edib.
Yenicag.az